F-1.az xatırladır ki, reqlamentə əsasən mövsüm ərzində 21 yarış keçirilə bilər. Lakin İspaniya Qran Prisi təqvimdə daha bir il qalmaq istəyir və buna görə də Liberty Media biryarışlıq yer açmaq istəyir.
Toto Volff: “Kağız üzərində 22 yarışlıq təqvimə razılaşdıq. Liberty-yə iş görmələri üçün imkan yaratmalıyıq və onlar da Formula1-i böyütməlidirlər. Əgər təşkilatçılar da razıdırsa, onları dəstəkləməliyik. Əlavə bir yarışa görə qaydaları dəyişdirməməliyik. Biz bu barədə danışdıq. Bu hala görə güc qurğularının sayını artırmamalıyıq”.
Komandalar 22 yarışa razılaşdıqdan sonra Liberty Media təqvimdə boşluq axtarmağa başlayıb. Mövsüm martın 15-i Avstraliyada başlayacaq. Melburndakı yarışdan bir həftə sonra Bəhreyn Qran Prisi keçirilə bilər. Daha sonra isə Çin və Vyetnam cüt Qran-Prilər ola bilər.