Gələn ay Mercedes komandası gələcəyi barədə qərar qəbul edəcək

Mercedes komandasının Formula1-də iştiak etmək üçün müqaviləsi digər komandalarda da olduğu kimi 2020-ci ilin sonunda başa çatır.

Autocar nəşrinin əldə etdiyi məlumata görə, fevralın 12-də konsernin İdarə Heyətinin iclası keçiriləcək, iclasda zavod komandasının 2020-ci ildən sonra çempionatda qalmağa davam etməsi və ya istefasını elan etməsi barədə qərar veriləcək.

Mercedes-in getməsi variantı elə də inanılmaz görünmür. Daimler konserni qazancının az olması səbəbindən hazırda təzyiq altındadır və qənaət planının bir hissəsi olaraq on mindən çox əməkdaşını işdən çıxarmağı planlaşdırır. Formula1-də zavod komandasının çıxışlarına xitam verilməsi, xərclərin əhəmiyyətli dərəcədə azaldılmasına kömək edə bilər.

F-1.az nəşrə istinadən bildirir ki, Direktorlar Şurası Formula1-dən ayrılmaq barədə qərar qəbul edərsə, bu yalnız zavod komandasına aid olacaq – şirkət güc qurğularının tədarükçüsü olaraq çempionatda qalacaq, çünki McLaren, Racing Point və Williams komandaları ilə mühərriklərin tədarükü üçün müqavilələr bağlanıb və sonuncu komanda ilə müqavilə 2025-ci ilin sonuna qədər olan müddəti nəzərdə tutur.

Mənbənin bildirdiyinə görə, zavod komandasının çempionatdan ayrılacağı təqdirdə, komandanın cari başçısı Toto Vollfun Racing Point layihəsində Lourens Strollun iş ortağı ola bilər. Üstəlik, Strollun Aston Martin səhmlərini almaq planlarını yada salsaq, tərəflərin razılığı olarsa, keçmiş Mercedes zavod komandasının 2021-ci ildə Aston Martin markası altında çempionatda iştirakını davam etdirməsi mümkündür. Bu vəziyyətdə, Autocar-ın bildirdiyinə görə, kanadalı iş adamı Racing Point komandasını rusiyalı iş adamı Dmitri Mazepinə satacağı istisna edilmir.

Mercedes komandası Formula1-dən ayrılsa, Lyuis Həmiltonun Ferrari komandasına Sebastyan Fettelin yerinə getmək şansı artır. Bu gün Helmut Marko da bildirib ki, Lyuisin artan maliyyə iştahını yalnız Skuderiya ödəyə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*