Formula1-in keçmiş sürücüsü Gerhard Berger karyerasını başa vurduqdan sonra bir neçə il çempionatda inzibati vəzifələr icra etmişdi – əvvəlcə BMW Motosport-a başçılıq etmiş, sonra Scuderia Toro Rosso komandasının həmsahibi olmuşdu. Şayiələr yayılıb ki, məhz Berger Norbert Hauqun yerinə Mercedes-Benz Motorsport-a başçı təyin olunacaq, amma Gerhard şayiələri təkzib edib…
Gerhard Berger: “Xeyr, bu mümkün deyil. Biz belə bir mövzunu heç müzakirə etməmişik.”
CART seriyasının keçmiş başçısı Əndryu Kreyq də eyni vəzifəyə təyinatı ilə bağlı şayiələri təkzib edib…