Gerhard Berger hesab edir ki, Red Bull Racing komandasını uğurlu mövsüm gözləyir. Toro Rosso komandasının keçmiş həmsahibi öz dostu və Red Bull şirkətinin başçısı Diter Mateşiçlə birlikdə Xeresdə keçirilmiş son testlərə baş çəkib, yeni RB5 maşını onda güclü təəssürat oyadıb…
Gerhard Berger: “Risklə ehtimal edə bilərəm ki, bu il Red Bull Mühəndislər Kubokunda üçüncü olacaq. Mənim RB5-dən çox xoşum gəldi, ona görə də baş konstruktor Ədrian Nyuini təbrik edirəm. Yeni texniki reqlament qüvvəyə minib və o nəyə qadir olduğunu göstərə bilib.
Keçən il Red Bull artıq stabil nəticələr göstərirdi, onun heyətində əla sürücülər yarışır Bu faktorların cəmi və bütün komandanın qələbə həvəsi xəbər verir ki, mövsüm yaxşı keçəcək. Amma yadda saxlamaq lazımdır ki, rəqiblər də yatmırlar.”