G.Ştayner: “Yenilikləri hələ mühakimə etmək olmaz”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, 2019-cu ildəki yenilikləri mühakimə etmək çox tezdir.

F-1.az xatırladır ki, bu il ön və arxa qanadlarda, sayd podlarda böyük dəyişikliklər edilib. Belə olan halda, bolidlərdən daha az çirkli hava çıxacaq və öndəki rəqibi izləmək və ötmək asan olacaq. Sürücülər isə bu yeniliklərin yaxşı işləmədiyini düşünürlər.

Günter Ştayner: “Yeni reqlament ötmələrin asanlaşması üçün gətirilsə də, bunun yaxşı və ya pis işlədiyini görə biləcəyimiz şərait olmayıb. İlk 4 yarışdan sonra əsl vəziyyəti görəcəyik. Avstraliyada ötmə etmək çətindir. Əgər yeniliklər orada işləməsə, biz onları mühakimə etməməliyik. Fərqli yarışlarda və vəziyyətdə işləyib-işləmədiyini görməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*