G.Ştayner: Yeni komandalar fayda verməlidir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Formula1-ə qoşulacaq yeni komandalar hazırda yarışan komandalara qatqı verməlidir.

F-1.az xatırladır ki, Formula1-in dünya üzrə bazarı böyüməkdədir. Buna görə də əksər istehsalçılar Formula1-ə gəlmək üçün can atırlar. Ən az dörd komanda çempionata gəlmək istəyir. Onların aralarında ən ciddi şansa sahib olanı heç sözsüz ki, Andretti komandasıdır. Onlar bunun üçün Cadillac şirkətini arxalarına alıblar.

Komanda sayının artması azarkeşlər üçün yaxşı olsa da, hazırkı komandalar bunu istəmirlər, çünki komandalar artdıqca paylanan bonusların miqdarı azalır.

Günter Ştayner: “11 ya da 12 komandanın idmanda necə xeyri olacağını dəyərləndirəcək vəziyyətdə deyiləm. Ancaq bura qoşulacaq yeni komandalar digərlərinə fayda verməlidirlər. Belə olna halda heç kim yeni komandalara qarşı çıxmaz.

Komanda sayı 11 də ola bilər, 12 də, 13 də… Bilmirəm. Amma yekunda FİA və FOM bunu araşdırır. Rəqabər getdikcə artır. MAliyyə cəhətdən hamı stabildir. Yeni komandanın bizə faydası olmayacaqsa, niyə sağlam gəmini batıraq?”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*