F-1.az xatırladır ki, Haas komandası 2020 və 2021-ci illərdə çətinliklər yaşasalar da, 2022-ci ildə yaxşı performans göstəmiş və yekunda 8-ci olmuşdu.
Günter Ştayner: “Mühəndislərimiz 2022-ci il bolidini yığmağa başlayanda ilk dəfə bir yerdə işləməyə başlamışdılar. Yəni ki, bir yerdə işləmək təcrübələri yox idi. 2022-ci il bolidini bir yerdə yığdılar və maşın pis deyildi.
Artıq birillik təcrübələri var. Komanda olaraq hərəkət edirlər. Buna görə də yeni maşının yaxşı olacağını düşünürəm.
2022-ci ildə yaxşı nəticələr qazandıq və bu da 2023-cü il üçün bizə güc verir. Haas burada qalacaq və hər şey yaxşı olacaq”.