F-1.az xatırladır ki, Haas komandası 2020 və 2021-ci illərdə outsayderlər qrupunda idi. Lakin 2022-ci ildə yeni texniki reqlamentin gəlməsi ilə komanda irəliyə doğru addım atmış və mövsümü 8-ci yerdə bitirmişdilər.
Günter Ştayner: “Enişli-yoxuşlu mövsüm idi. Mövsümə yaxşı başlasaq da, gerilədik. Yay tətilindən əvvəl gücləmdik və tətildən sonra bəzi yaxşı yarışlarımız oldu.
2021-ci ilə nisbətən inkişaf etdik. Lakin keçən il hər şeydən faydalandıq? Qətiliklə yox! Yenə də iki il outsayder olduqdan sonra bu performansı qəbul etməlisiniz.
Bu qəribədir, çünki plan qururuq və səhv etməməyə çalışırıq, amma hər şeyin yerinə oturması üçün vaxt lazımdır”.