G.Ştayner: Təkərlər tez yeyilir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, bolidləri təkərləri işlətməkdə çox pisdir.

F-1.az xatırladır ki, amerika komandası ev yarışı olan Mayamiyə yeni altlıq gətirmiş, bəxtin də hesabına yaxşı həftəsonu keçirmişdi.

Kevin Maqnussen sıralanma turunda qırmızı bayraqların köməyi ilə 4-cü olmuş, amma yarışda 10-cu yerə qədər geriləmişdi. Niko Hülkenberq isə 15-ci yeri tutmuşdu.

Günter Ştayner: “Xal almaq çətin olsa da, 5 yarışın üçündən xalla ayrılmışıq və bu da pis deyil. Hamı yarışı bitirəndə xal qazanmaq çətinləşir. Bunun reallaşması çox çətindir.

Yarışa yaxşı başlasaq da, trafikdə ilişdikdən sonra performansımız düşdü. Bunları araşdırmalıyıq. Lakin yekunda onluğa düşsək, evə xalla qayıdacağımızı bilirik. Hər nə qədər daha yaxşı nəticə istəsək də, əlimizdəki ilə xoşbəxt olmalıyıq.

Maqnussenin Leklerlə mübarizəsi çox yaxşı idi. Məncə, hamı bundan həzz aldı. Çox yaxşı idi. Sadəcə yarışın ikinci hissəsində təkərlər öldü və arxasındakı sürücülər yeni təkərlərlə gəldiyi üçün problem yaşadı. Belə halda xırda səhv etsəniz, əlinizdəki xaldan da olarsınız”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*