G.Ştayner: “Təkər taxa bilsək, xal qazanarıq”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, təkər taxa bilsələr, yaxşı xal qazanarlar.

F-1.az xatırladır ki, Haas komandası keçən il pit-stopda hər iki sürücüsünün ön sol təkərini yaxşı bağlaya bilməmiş və nəticədə xalsız qalmışdı. Bu il də eyni hal Roman Qrojanın başına gəlib.

Günter Ştayner: “Keçən il 20 yarışı problemsiz keçirdik və qış tesrlərində hər gün iki saat pit-stop məşqi etdik. Yenə də eyni hal baş verdi. İnana bilmirəm. Nəticədə bir bolidimiz finiş görə bilmədi və 50 faizlik uğur qazandıq. Ümid edirəm ki, gələn il 100 faizlik uğur əldə edərik.

Mexanik təkərin tam oturmadığını görüb yenidən çıxarıb-taxdı. Sonda təkəri otuzdura bildi, amma bir az boş qalmışdı. Qaykabağlayan problemi buna səbəb oldu. Amma keçən il mövsümə sıfır xalla başlamışdıq. Hazırda 8 xalımız var. Lakin problem yaşamasaydıq, daha çox xalımız olardı. Potensialımız var, ancaq bunu boş yerə itirmək olmaz. Performansımızı nəticəyə əks etdirməliyik. Sıralanma turu əla keçdi. Hazırda orta qrupun ən sürətli komandasıyıq. Hər iki sürücümüz də boliddən razıdır. Bundan sonrakı böyük yeniliklərimiz Kanada yarışında olacaq. Barselonaya qədər rəqiblərimizin yenilik gətirəcəyinə inanmıram. Təkərləri taxa bilsək, yaxşı xal qazanarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*