F-1.az xatırladır ki, Haas komandasının sürücüləri Avstraliyada 4-cü və 5-ci yerdə gedərkən pit-stopda etdikləri səhvə görə xalsız qalmışdılar.
Günter Ştayner: “Komanda olaraq səhv etdik. Bolid üzərində çox işləsək də, pit-stop məşqləri etmədik. Bəhreyndə bu hal təkrarlanmamalıdır. Çox dəyərli xalları belə itirməməliyik. Keçən ilin ikinci yarısında əla pit-stoplar edirdik və ən yaxşılardan idik. Avstraliyada təcrübə azlığından səhv etdik və bir də təkrarlanmayacaq”.