G.Ştayner: Tamaşaçılar trasa təkcə yarış üçün gəlmirlər

Son illərdə ABŞ-da Formula1-in populyarlığı durmadan artır. Bu qismən Drive to Survive sənədli serialının yayımlanması və ölkədə yeni mərhələlərin keçirilməsi ilə bağlıdır.

F-1.az xəbər verir ki, Haas komandasının rəhbəri artan marağı həm də tras və ətrafında azarkeşlər üçün təşkil edilən əyləncəli tədbirlərlə əlaqələndirir.

Günter Ştayner: “Traslarda keçmişə nisbətən daha çox əyləncə var. Əvvəllər avtodromlarda yalnız yarışlar olurdu – bir yarış baş tuturdu, sonra ikincisi, fasilədə isə heç nə yox idi. Yalnız avtoidman həvəskarları üçün yarışırdıq.

F1 Liberty Media tərəfindən satın alınana qədər ABŞ-da çox uğurlu alınmırdı. ABŞ-a köçəndən sonra ölkəni daha yaxşı anlamağa başladım. Burada insanlar yalnız üç saat oturub növbəti dəfə maşın sürülməsini gözləmək deyil, daimi əyləncə istəyirlər. Onlar nəsə etmək istəyirlər.

Burada traslərdə konsertlər keçirilir, əyləncə məkanları təchiz edilir. Trasa uşaqlarla gəlsəniz, sadəcə tribunada və ya başqa ərazidə oturmaq deyil, onları əyləndirmək istəyəcəksiniz. 12 yaşlı uşağa başa salmağa çalışın ki, maşınların növbəti dəfə yola çıxması üçün iki saat gözləməli olacaqsınız. O, bunu başa düşməyəcək.

2023-cü ildə insanlar təkcə yarışları izləmək istəmir, başqa əyləncələrə də ehtiyac duyurlar. Düşünürəm ki, çempionat rəhbərliyi son beş il ərzində tamaşaçıların trasa təkcə yarış üçün deyil, eyni zamanda Formula1 yarışının həftə sonunun mərkəzi hadisəsi olaraq gəlməsini təmin etmək üçün böyük işlər görüb”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*