G.Ştayner: “Taktika çox vacibdir”

İlk 3 yarışda iki dəfə 8-ci olan Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, bu xalları güclü strategiya ilə qazanıblar.

F-1.az xatırladır ki, Amerika təmsilçisi Çində Maqnussenlə, Bəhreyndə isə Qrojanla 8-ci olaraq, aktivinə 8 xal yazıb.

Günter Ştayner: “Komandaların bir-birilərinə bu qədər yaxın olduğu dövrdə strategiya çox vacibdir. Bu mübarizəni Mercedec-lə Ferrari arasında da görürük. Çin və Bəhreyn yarışlarındakı təhlükəsizlik avtomobili rejimlərinə sürətli formada reaksiya vermək vacib idi. Bunun hesabına yer qazana və ya itirə bilərsiniz. Normal yarışda tək pit-stopla strateji addım atmaq mümkün olmur. Amma virtual və normal təhlükəsiz avtomobili rejimlərinə həmişə hazır olmalıyıq. Orta qrupdakı 4 komanda bir-birilərinə çox yaxındırlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*