G.Ştayner: Sürücü seçimində tələsmirik

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, gələn həftə sürücü heyətlərini açıqlayacaqlar.

F-1.az xatırladır ki, Amerika təmsilçisi Kevin Maqnussen ilə yola davam edəcək. Lakin Mik Şumaxerin gələcəyi müəmmalıdır. Almaniyalı pilotun yeri üçün çox alternativ olsa da, ən əsas namizəd Niko Hülkenberqdir.

Günter Ştayner: “Ümid edirəm ki, gələn həftə bir şey açıqlayarıq. Amma dedi-qoduya ehtiyac yoxdur. Biz doğru qərar verdiyimizə əmin olmaq istəyirik. Başqa boş yer qalmayıb. Niyə tələsək? Bəhreyn yarışına qədər vaxtımız var. Səbirli olanda yaxşı qərarlar vermək olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*