F-1.az xatırladır ki, Mik Şumaxerin idmandakı gələcəyi təhlükə altındadır. Onun yerinə Niko Hülkenberq namizdəddir.
Komandanın rəhbəri Günter Ştayner bildirib ki, son qərarlarını Braziliyadakı yarışdan sonra verəcəklər: “Şumaxein şansı 50 faizdir. Mənim üçün tək yarışın nəticəsi ya da sıralanma turundakı performansı deyil. Komanda üçün uzunmüddətli düzgün qərar vermək əsas məqsədimdir. Mik xal qazansa, bu odemək deyil ki, komandada qalacaq. Bizim üçün sürücünün gələcəkdə komanda üçün stabil nəticə qazanmasıdır”.