G.Ştayner: Stefanonun dövründə F1 şəffaflaşdı

Amerikanın Haas komandasının rəhbəri Günter Ştayner hesab edir ki, Stefano Domenikali layiqli rəhbərdir. Onun fikrincə Stefanonun idarəetməsi Berni Ekklstounun dövründə olduğundan fərqli olaraq daha şəffaflaşıb.

F-1.az xatırladır ki, Stefano Domenikali 2022-ci ilin əvvəlində Formula1-in rəhbəri təyin edilib.

Günter Ştayner: “Ekklstounun dövründə böyük komandaların üstünlüyü var idi və bunun əsas səbəblərindən biri onların çempionata külli miqdarda pul yatırımaları idi. Lakin indiki zamandan danışsaq, Domenikali bir sıra dəyişikliklər edib. Qəbul etdiyi qərarlara görə  çempionat daha şəffaf olub. Onun vasitəsi ilə komandalar qərarların bizə necə təsir edə biləcəyini və gələcəkdə bizi nələrin gözlədiyi barədə məlumatlandırılır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*