G.Ştayner: Sprint yarışları artmalıdır

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, sprint yarışları əksər Qran Prilərdə olmalıdır.

F-1.az xatırladır ki, Formula1-də 2021-ci ildən sprint yarışları keçirilir. 2021 və 2022-ci illərdə bu yarışların sayı 3 olsa da, bu ildən etibarən 6 ölkədə sprint yarışları keçiriləcək.

Günter Ştayner: “Sprint hər həftəsonu keçirilərmi, bilmirəm. Bəlkə, bir neçə dənə də olar və təqvimin yarısına əlavə edərik. Ancaq Formula1 təşkilatçıları daha yaxşı bilər. Hazırda yarışlar üçün tələb çoxdur. O zaman 24 yarış keçirə bilmiriksə, necə rəqabət yaranacaq? Bəlkə də, sprint yarışlarının sayı iki dəfə artmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*