G.Ştayner: Səhvimi qəbul edirəm

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, keçən il düzgün strategiya seçməyiblər.

F-1.az xatırladır ki, Haas keçən il mövsümə yaxşı başlasa da, büdcələri məhdud olduğu üçün az inkişaf etdilər və sadəcə bir dəfə – Macarıstana yenilik gətirdilər.

Bu yeniliklər də gözlənilən effekti verməmiş və Haas mövsümü ən yavaş komandalardan biri kimi bağlamalı olmuşdu.

Günter Ştayner: “Məncə mövsümə əksər komandalardan daha yaxşı hazırlanmışdıq, çünki bolidimizin üstündə daha çox işləmişdik. Lakin səhv inkişaf strategiyası seçdik. Bu gün olsa, fərqli qərar verə bilərdik.

Bolidin çəkisini çox düşünmədik. Buna daha çox vaxt sərf etməli idik, çünki bolidin çəkisini qram-qram azaltdıqca dövrəvi nəticələr yaxşılaşırdı. Bu işdə bütün məsuliyyəti üzərimə götürürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*