F-1.az xatırladır ki, Haas komandası bu gün Mik Şumaxerlə yollarını ayırıb və onun əvəzinə Niko Hülkenberqi gətirib.
Rikkardo ilin sonunda McLaren-dən ayrılacaq və gələn ili böyük ehtimalla boşda keçirəcək.
Günter Ştayner: “Rikkardo mənimlə heç vaxt danışmayıb. Keçən həftəki qəzadan sonra mənə heç zəng etməsin. Ona cavab verməyəcəm! (gülür)
Əslində ona zəng edib gələn il nə edəcəyini soruşsaq da, cavab ala bilmədik. Səbəbini ondan soruşun.
Daniel bu il yaxşı performans göstərmədi. O, karyerasının zirvəsində deyildi. Əks halda McLaren-də qalardı. Nə baş verdi bilmirəm. Yaxşı sürücüdür və Red Bull-da qələbələr qazandı. Çox güclü olsa da, bu il onunku gətirmədi. Onu transfer etmək riskli idi. Bəlkə, Niko da risklidir. Bilmirəm”.