F-1.az xatırladır ki, fransalı sürücü Azərbaycan yarışında sonuncu yerdən 6-cı yerə qədər yüksəlsə də, təhlükəsizlik maşınının arxasında qəza edərək, çox dəyərli xallar itirib.
Günter Ştayner: “Bu cür səhvi debütantlar etməzlər. Bolid yaxşı idi və çətin həftəsonundan gözəl xallarla qayıda bilərdik. Yarışa sonuncu yerdən başlasaq da, Peresdən sonra 8-ci idik. Red Bull sürücülərinin qəzasından sonra 6-cı yerə yüksəlmişdik. Heyif ki, səhv etmədiyimiz yarışda hər şey tərsinə döndü. Maqnussenlə birlikdə 11 xal qazana biləcəyimiz yarışdan əliboş qayıtdıq. Ümidlərimiz Qrojanla birlikdə divara çırpıldı. Təbii ki, Qrojana arxamızı çevirməyəcəyik. Biz bir komandayıq və birlikdə qazanıb, birlikdə məğlub oluruq. Buna görə də növbəti yarışlarda güclü olmağa çalışacağıq”.