F-1.az xatırladır ki, Roman Qrojan Lotus-dan Haas-a keçdiyi üçün sərt tənqidlərə məruz qalmışdı, amma fransalı sürücü mövsümün ilk iki yarışında 6-cı və 5-ci yerləri tutaraq tənqidçiləri susdura bilib.
Haas komandası Qrojanın aldığı 18 xalın hesabına Mühəndislər Kubokunda 5-ci pillədədir.
Günter Ştayner: “Roman bizim maşının sükanı arxasında tutduğu yerin haqqını artıq ödəyib . Özü də böyük məbləğdə ödəmə edib. Amma bizim hələ müəyyən miqdara ehtiyacımız var.
Bəlkə başqa bir ödənişli sürücü olsaydı, biz indi olduğumuz yerdə ola bilməzdik. Sürücünün və ya bolidin güclü olub-olmadığını fikirləşərdik.
Ancaq indi onun hesabına biz bilirik ki, haradayıq. Hamı onun kimi keyfiyyətli sürücülərlə uğur qazanmaq istəyər”.