F-1.az xatırladır ki, fransalı sürücü 2016-2020-ci illərdə Haas komandası ilə yarışmış və komandaya vacib xallar qazandırmışdı.
Günter Ştayner: “Hamımız onun günündə yaxşı sürücü olduğunu bilirik, amma pis günündə çox bərbad sürücü olurdu. Məncə, bu onun xarakteridir. Bəzən elə performans göstərirdi ki, çox təəccüblənirdik. Bəzən sıralanma turunda yaxşı dövrə vururdu. Məsələn, Bakıda. Bunu necə etdi deyə düşünürdük. Ya da Braziliyada. Pis və ya yaxşı. Bu Qrojanın xarakteridir”.