F-1.az xatırladır ki, Haas komandasının iki sürücüsü də sıralanma turunun ikinci sessiyasına keçə bilməmiş və yarışda ancaq Esteban Okonu qabaqlayaraq, 19-cu və 20-ci olmuşdular.
Qrojan yarışa pit yolundan başladığı halda, Qutyerres startda Verlyayn və Eriksson ilə təmas yaşamışdı.
Günter Ştayner: “Cümə günündən etibarən işlər istədiyimiz kimi getmirdi və bunu həll edə bilmədik. Amma pis hallar bizə təcrübə qazandırır. Əminəm ki, bu problemlərdən çox şey öyrəndik. Ümid edirəm ki, builki sonuncu pis həftəsonumuz olar. Sadəcə 2 yarış qalıb və bütün gücümüzü yaxşı nəticələr qazanmaq üçün sərf edəcəyik.
Sözün açığı, işlərin qaydasında olmadığını cümə günündən etibarən anlamışdıq. Buna görə də təəccüblənmədik. Belə problemlər olanda, yarış bizə çox uzun görünür”.
Qeyd edək ki, Haas komandası mühəndislər kubokunda 29 xalla 8-ci pillədə qərarlaşıb…