F-1.az xatırladır ki, Bakıda sürücülər ötmə etməkdə çətinlik çəkmişdilər. Əksəriyyət bunun səbəbini qısalan DRS zonasında görür. Ancaq yeni reqlamentdən sonra maşınlarım aerodinamikası inkişaf edib və buna görə də ötmələrin çətinləşdiyi düşünülür. Bundan başqa yeni maşınlar əvvəlkilərə nisbətən daha az hava kisəsi effektinə sahibdirlər.
Günter Ştayner: “Deyəsən bu barədə ilk danışan biz idik. Çünki sürücülərimiz vəziyyətin keçənilki maşından daha pis olduğunu deyərək şikayət etdilər. Lakin bizə dedilər ki, bunun səbəbi bizim maşınımızdır.
Ancaq indi bu fikirlə razıdır və ötmənin çətin olduğunu deyirlər. Əvvəl bunu deyəndə tək idik. Bu cür çətinlik çəkən 1-2 komanda olduğunu və səhv yöndə inkişaf etdiyimizi dedilər.
Məncə, keçənilki reqlament dəyişikliyindən sonra ötmələr asanlaşmadı. Digər faktor da DRS zonasının qısaldılmasıdır. Bunu niyə etdilər anlamıram. Açıq desəm, cavab tapa bilməmişəm. Burada təhlükəli bir şey olduğunu düşünmürəm. Biri bunun niyə təhlükəli olduğunu açıqlasa, dinləyərəm. Amma hələ də məntiqli cavab eşitməmişəm.
Artıq ötmələrin niyə çətinləşdiyini müzakirə etməliyik. Bəlkə də, keçən ildən sonra dəyişdirilən altlıqlar buna səbəb oldu. Bəlkə də, bütün maşınların asfaltayatma qüvvəsi güclü olduğu üçün rəqibi izləmək çətinləşir.
Avqust ayında reqlamenti yenidən dəyişmək lazım deyil, çünki bu ürəkdarıxdırıcıdır. Çoxlu pul və enerji sərf edirsiniz.
Bu barədə oturub ciddi müzakirə aparmaq lazımdır. Yoxsa heç nə olmamış kimi yola verilməməlidir”