G.Ştayner: On sürücü ilə danışıqlar aparırıq

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Roman Qrojan və Kevin Maqnussen daxil olmaqla 10 sürücü ilə maraqlanırlar.

F-1.az xatırladır ki, Haas komandasının hər iki sürücüsünün müqavilələri ilin sonunda bitəcək. Lakin komanda hələ pilotları ilə danışıqlara başlamayıb. Bundan başqa Hülkenberq, Peres kimi sürücülərin də adları Haas ilə hallanır.

Günter Ştayner: “Hamı ilə danışıqlar aparırıq. Görək nə edirik. Hazırda boş yer yoxdur və biz də bazarda boş olan sürücüləri düşünürük. Nə etmək istəyirik? Sürücü heyətimizi saxlamaq istəyirik? Təcrübəli ya da gənc sürücü istəyirik? Hazırda hər şey müzakirə olunur.

Peresə hörmət edirəm. İdman onu itirsə, pis olar. Eynilə Hülkenberqin olmaması da pisdir. Hamısı yaxşı insanlardır.

Hazırda ona yaxın sürücü ilə maraqlanırıq. Hazırda boşda yaxşı sürücülər var. Buna görə də sakitəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*