F-1.az xatırladır ki, Amerika komandası 3 yarışdır ki, xal qazana bilmir.
Günter Ştayner: “Hazırda bu sahədə problemimiz var. Tezliklə həll etməyə çalışacağıq. Deyəsən problemi anlamışıq, amma bu il həll edə biləcəyimizi düşünmürəm. Belə yarışmaq adamı öldürür. Hamı bilir ki, mübarizə aparmağı sevirəm. Yeni təkərlərlə trasa çıxırsınız və iki dövrə hər şey yaxşı olur. Daha sonra temperatur düşür və iş bitir. Sürətimiz 0.1-0.2 saniyə yox, 1 saniyə azalır. Trasın temperaturu performansımıza təsir edir və buna görə də birdən zəifləyirik. Melburndan bəri təkmilləşə bilməmişik”.