F-1.az xatırladır ki, iki sürücü 2017-ci ilin Macarıstan yarışında təmas yaşamış, yarışdan sonra Maqnussen rəqibi Hülkenberqi təhqir etmişdi.
Günter Ştayner: “Onları izləyəndə gərgin olmuram, çünki trasdan kənarda bir yerdə işləyirlər. Buna görə də problem yaşanmazsa, trasda bir hadisə olacağını düşünmürəm.
Məncə, bir-birlərinə hörmət edirlər və bir-birləri ilə yarışmağın mənasız olduğunu bilirlər. Əks halda ikisi üçün də problem olar”.