F-1.az xatırladır ki, Roman Qrojan Albert Parkda yarışa 6-cı yerdən başlasa da, 13-cü dövrədə su sızıntısı probleminə görə mübarizəni dayandırmalı olmuşdu. Haas komandasının heyətində ilk yarışına çıxan Maqnussen isə startda Eriksson ilə toqquşaraq, xal qazanmaq ümidini itirmişdi.
Günter Ştayner: “Bilirik ki, bolidimiz də, sürücülərimiz də güclüdür. Xüsusən də Roman üçün əla həftəsonu idi. Startda Felipenin gerisinə düşsə də, narahat deyildik. Toro Rosso-lardan rahatlıqla aralana bilərdi. Bolidimiz çox sürətlidir. Bir-birinə bu cür yaxın orta qrupda insanın əlinə neçə dəfə bu cür şans keçər? Məyusuq. Amma daha betəri ola bilərdi. Bundan yavaş ola bilərdik.
Bolid özünü göstərir. Pişik torbadadır və onun harada olduğunu bilirik. Sazlanmalara görə bütün həftəsonunu bərbad keçirə bilərdik, amma bolid yaxşıdır. Bizim yenilik planımız var və özümü yaxşı hiss edirəm. Əldən verdiyimiz fürsətə görə necə əsəbi olduğumu bilirsən!? Altıncı və ya yeddinci olmaq çox asan idi.
Etibarlılıq problemini yoluna qoymaq performansı artırmaqdan asandır. Keçən ilə nisbətən bütün traslarda stabil nəticələr almalıyıq və məncə, bu il bunu bacara bilərik. Sürətli bolidiniz ola bilər, amma etibarlı deyilsə, xal ala bilməzsiniz. Şanxayda bu problemləri həll etməyə çalışacağıq. Bu mövzuda özümüzə güvənirik. Çox şey öyrəndik və keçənilki problemlərin təkrarlanmamasına ümid edirik. Amma nə olacağını heç vaxt bilmək olmaz. Heç nə asan başa gəlmir”.