F-1.az xatırladır ki, amerikalıların gələnilki heyəti hələ də müəmmalıdır. Xüsusən də, Qrojanın gələcəyi bilinmir.
Günter Ştayner: “Ətrafa baxmırıq, çünki əksəriyyət bizə baxır. Başqa səbəblərə görə komandamıza gələn insanlar var və onlara bizim işimiz maraqlıdır. Yay tətilindən sonra qərar verəcəyik. Amma hazırda bu barədə düşünmürük. Namizəd çoxdur. Onların çoxu ilə yaxşı münasibətimiz var. Onlarla danışıram. Burada nələr olduğunu soruşurlar və onlara eyni cavabları verirəm”.