G.Ştayner: Mikə ehtiyat sürücülük təklif etmədik

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Mik Şumaxeri ehtiyat sürücü kimi saxlaya bilməzdilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Haas ilə iki mövsüm keçirmiş, lakin komanda onun performansından razı qalmamışdı. Buna görə də Mikin əvəzinə daha təcrübəli Niko Hülkenberq gətirilmişdi.

Bundan sonra işsiz qalan Mik Şumaxerə atasının sabiq komandası Mercedes sahib çıxmış və onu üçüncü sürücü kimi komandaya cəlb etmişdi.

Günter Ştayner: “Sözün açığı, ona üçüncü sürücülük təklif etmədim. Komandada əsas sürücü olandan sonra ehtiyat sürücülüyə düşmək hamı üçün çətindir. Heç xoşbəxt olmayacaqdı.

Mənə bu mövzu barədə bir söz demədi. Mən də ona təklif etmədim. Ona belə təklif vermək ağ olardı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*