F-1.az xatırladır ki, Haas komandası Mik Şumaxeri göndərəndən sonra mətbuat Ştayneri tənqid hədəfi edib.
Günter Ştayner: “Biz heç bir mətbuata fərqli davranmırıq. Heç kimi ayırmıram, çünki sonra məyus olurlar. Mətbuatın da öz fikirləri var və bunu yazmaqda sərbəstdirlər. Biz Haas komandası olaraq işimizi görürük.
Almaniya mətbuatının və əmisinin onu müdafiə etməsi normaldır. Əsas mənim Mikə sürücü və insan kimi necə baxmağımdır. Mənim üçün Mik elə Mikdir. Şumaxer soyadına hörmət edirəm, amma o soyad bizə xal gətirmir. Sadəcə Şumaxer adı mətbuatın marağını çəkir. Bizə heç bir maddi xeyri olmayıb, ancaq ziyanı da olmayıb”.