F-1.az xatırladır ki, 2017-ci ilin Macarıstan yarışında iki sürücü arasında insident yaşanmış və yarışdan sonra bir-birlərini təhqir etmişdilər.
Günter Ştayner: “Müqavilədən əvvəl Kevinlə Niko barədə danışdıq. Sürücülərimizin yaxşı yola getməsindən əmin olmalı idik. Ancaq gördüm ki, araları yaxşıdır. Bir yerdə tətilə gedə bilərlər. Uşaqları eyni yaşdadır. Əsas odur ki, Kevin Nikoya məsləhət gördüyü şeyi etməsin.
Bildiyimə görə beş il idi ki, danışmırdılar, amma indi danışmağa başlayıblar. Kevin dedi ki, araları yaxşıdır”.