F-1.az xatırladır ki, amerikanlar Sinqapurda Qrojanla 2 xal alsalar da, Palmerlə 8 xal qazanan Renault komandası onları qabaqlayıb.
Günter Ştayner: “Sinqapurdan 2 xalla ayrılmaq gözəl nəticə idi, amma ön qrupdan 3 sürücünün mübarizəni dayandırdığı yarışda daha yaxşı nəticə almalı idik. Hələ də orta qrupda komandalar bir-birinə çox yaxındırlar və hər şey tərsinə dönə bilər. Buna görə də təslim olmadan əlimizdən gələni etməliyik. İki sürücümüz də əllərindən gələni edirlər. Roman yarışda gözəl performans göstərdi və komandaya vacib xallar qazandırdı. Amma Kevin üçün işlər qaydasında getmədi və elektronik problemə görə mübarizəni dayandırdı. Ümid edirəm ki, Malayziyada yenidən önə keçərik”.