G.Ştayner: Lyuis Həmiltonun getməyə yeri yoxdur

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Lyuis Həmiltonun gedəcəyi bir komanda yoxdur.

F-1.az xatırladır ki, Mercedes son iki mövsümdə köhnə günlərindən çox uzaqdadır. Həmilton artıq 26 yarışdır ki, qalib gələ bilmir. Buna görə də əksəriyyət düşünür ki, yeddiqat Dünya Çempionu Mercedes-in sıralarını tərk edəcək.

Günter Ştayner: “Komandanız həmişə qalib gəlməyə bilər. Bu olan işdir. Bu bir yarışdır və Formula1 Mercedes-dən ibarət deyil. Mercedes çox yaxşı 8 mövsüm keçirdi, amma hər şey ömürlük olmur. Geri düşəndə təəccüblənmək ya da bunu qəbul etməmək çox qəribədir.

Yenidən bir araya gəlməli və təkrar sınamalısınız. Ancaq ən yaxşı olmağı gözləməməlisiniz. Səkkiz dəfə qazanmağınız o demək deyil ki, doqquzuncu dəfə də qazanacaqsınız.

Eyni şeylər Lyuis üçün də keçərlidir. O, səkkiz il ən yaxşı maşında yarışdı və titullar qazandı. Həmişə qalib gəlmək mümkünsüzdür. Bir dəfə də titulu komanda yoldaşı qazanmışdı. Bunu heç vaxt unutmaq olmaz. Həmişə qalib gəlmək mümkünsüzdür.

Mercedes-dən ayrılsa, hara gedəcək? Bilmirəm. Red Bull Maksa fokuslanıb. Maks onların adamıdır. Niyə Maksı Lyuisə dəyişsinlər? Lyuisin istedadına şübhə etmirəm. Amma ilk 3 komandanın ona marağı yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*