Günter Ştayner: “Haas komandası üçün böyük gündür. Biz yeddi ildir işləyirik və bunu gözləyirdik – nəticə göstərir ki, zəhmət hər zaman öz bəhrəsini verir. Doğru zamanda, doğru yerdə olmaq vacibdir, amma bunun bəxt olduğunu düşünmürəm – biz o yerdə olmaq üçün çalışdıq. Fürsət yarananda Kevin çətin şəraitdə öz dövrəsini rəqiblərindən daha yaxşı vurdu. Bütün komanda ona təşəkkür edir. Rəhbərimiz üçün gözəl ad günü hədiyyəsi oldu – Cin Haasa dedim ki, təsnifat mərhələsini başqa vaxta keçirə bilmədiyimiz üçün hədiyyəni ona bir gün əvvəl vermişik.
Mik keçid təkərlərdə sürətli idi, lakin təəssüf ki, slikə keçdikdən sonra maşını hiss edə bilmədi. İndi bütün diqqətimizi sprintə yönəltmişik, çünki komanda Mühəndislər Kubokunda səkkizinci yer uğrunda mübarizəni davam etdirir. Yaxşı nəticə əldə etmək üçün 100% səy göstərəcəyik. Bütün bu müddət ərzində göstərdikləri dəstəyə görə bütün komandaya və azarkeşlərə təşəkkür edirəm”.