G.Ştayner: “Keçən ildən sürətliyik”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Ferrari 2016-cı ildən sonra güc qurğusunda böyük addımlar atıb.

F-1.az xatırladır ki, Ferrari komandası 8 günlük qış testlərində ilk iki yeri tutub. Kimi Rəykkönen isə 79 saniyənin altına düşən yeganə sürücü olub.

Günter Ştayner bildirib ki, Ferrari-nin güc qurğusu onlara çox kömək edib: “Nə qədər inkişaf etdiklərini bilmirəm, amma çox gözəl iş görüblər. Ferrari-nin performansı testlərdə göründüyü qədər əla idi. Haas komandası olaraq qış tətilindən yaxşı istifadə etdik. Testlərdə keçənilkinə nisbətən daha güclüyük. Artıq daha təcrübəliyik və keyfiyyətli sürücü heyətimiz var. Builki hədəflərimiz yüksək pillələr tutmaqdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*