G.Ştayner: “İşi bitirməliyik”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, mövsümün ilk yarışlarında çoxlu fürsəti əldən verdikdən sonra təmiz bir həftəsonuna ehtiyacları var.

F-1.az xatırladır ki, amerikalı komandanın sürücüləri mövsümün ilk yarışı Avstraliyada 4-cü və 5-ci yerlərdə gedərkən, pit stop zamanı səhv edərək xalsız qalmışdılar. Daha sonra isə Qrojan Bakı yarışında 6-cı yerdə gedərkən, təhlükəsizlik maşınının arxasında qəza edərək mübarizəni dayandırmalı olmuşdu.

Günter Ştayner: “İşi bitirməliyik. Bolid hər trasda yaxşı xal alacaq gücdədir. Bizim bir az da bəxtə ehtiyacımız var. Bəxtsiz olduğumuza inanmıram, amma bəxtəvər olduğumuzu da deyə bilmərəm. Bir az yaxşı işləsək, bolidimiz güclü olar. Hər həftəsonu hər şeyi qüsursuz etməliyik. Bolidimiz son iki ilə nisbətən çox güclüdür. Builki problemlər etibarlılıqla bağlı deyildi. Getdikcə güclənirik. Amma çox işləməyə davam etməliyik.

Bu il podiuma yüksəlmək mümkündür. Azərbaycanda Peres bütün fürsətlərdən maksim istifadə edərək podiuma yüksəldi. Çoxlu insident olmalıdır. Normal şəraitdə podium bizim üçün çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*