F-1.az xatırladır ki, Haas əksər hallarda mövsümə bir ya da iki yenilik gətirir. Buna görə də mövsümə yaxşı başlayıb, sonra geriləyirlər. Amerika komandası keçən mövsümə də bir yenilik gətirmişdi.
Günter Ştayner: “Barselona üçün yeniliklər planlaşdırırıq. Bunun üzərində işləyirik. İstehsala başlamamışdan əvvəl aerodinamik boruda nəticələrə baxmalıyıq. Əgər hər şey planlaşdırdığı kimi getsə, ilk yeniliyi Barselonaya gətirəcəyik”.