G.Ştayner iddialara cavab verib

Mik Şumaxerin komandadan göndərilməsi məsələsi bir çoxları tərəfindən müsbət qarşılanmayıb və komanda rəhbərliyi buna görə tənqid atəşinə tutulub.

F-1.az xəbər verir ki, komandanın idarəçilərini, xüsusilə də Günter Ştayneri gənc sürücüyə kifayət qədər dəstək verməməkdə ittiham edirlər.

Günter Ştayner: “Düşünürəm ki, biz hər şeyi çox yaxşı formada etmişik. Həmişə sürücülərimizə ədalətlə yanaşır və əlimizdən gələni edirik. Bəzən komanda baxımından həqiqətən də kifayət qədər yaxşı deyildik. Pis çıxış edən Mik deyildi, bəzən problemlərimiz olurdu. O zaman biz kifayət qədər yaxşı deyildik və daha yaxşısını bacarmalı idik. Amma həmişə onun üçün əlimizdən gələni etmişik və sürücülərə münasibətdə həmişə ədalətli olmuşuq. Keçən il də belə idi və bu mövzüdə əsla problem olmayıb”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*