F-1.az xatırladır ki, Haas komandası keçən ilin sonunda Mik Şumaxerlə yollarını ayırmış və əvəzinə daha təcrübəli Niko Hülkenberqi gətirmişdi. Niko ilk iki yarışda sıralanma turunda son sessiyaya qalsa da, yarışda hünərini göstərə bilməyib və hələ də xalsızdır.
Günter Ştayner: “Biz axtardığımızı tapdıq. Bunu o dəqiqə gördük. Kevin sıralanma turunda çətinlik çəksə də, Niko çəkmədi. Amma Kevin məyus deyil.
Bəhreyndə son sessiyaya qaldıq. Kevin isə nə etdiyini bilir və məqsədinə çatır”.