F-1.az xatırladır ki, Haas komandası builki bolid üzərində demək olar ki, işləməyib və bütün resurslarınl növbəti mövsümə saxlayıb. Bu il iki debütantla yarışan Amerika təmsilçisi testlərin ən zəif komandası olub.
Günter Ştayner: “Sonuncu yer bizim üçün ehtimaldır. Əgər bu hal baş versə, üzərində işləməliyik. 2021-ci il bizim üçün keçid mövsümüdür. Belə bir seçim etdik və buna hazır olmalıyıq. Bəzən irəliyə getmək üçün bir addım geriyə atmaq lazımdır”.