F-1.az xəbər verir ki, potensial alıcılara misal kimi Maykl Andrettini göstərmək olar. Beyond the Grid podkastında qonaq olan Ştaynerə komandanın gələcək taleyi barədə də sual verilib.
Günter Ştayner: “F1-də komandalar getdikcə bahalaşdığından və hamı üçün cəzbedici olduğundan, Cinin belə bir planı yoxdur. Təbii ki, siz ona bu sualı 2019-cu ildə və ya 2020-ci ildə – pandemiyanın qızğın vaxtında vermisinizsə, yəqin ki, başqa cavab almısız. 2020-ci ildə komandanı almaq istəyənlər ümumiyyətlə yox idi. Onların hamısı sonradan ortaya çıxdı. Başa düşürsüz, eyni hekayə həmişə təkrarlanır: bir şey uğurla işləyəndə hamıda belə fikir formalaşır.
Nə deyə bilərik? Cin Haas F1-ə sərmayə qoyub, biz bu layihəyə 2014-cü ildə başladıq və Formula 1 komandalarına maraq o qədər də çox olmayan 2016-cı ildən çempionatda iştirak edirik. Düşünürəm ki, 2017 və ya 2018-ci illərdə bir funta komanda almaq olardı, amma heç kim buna cəhd etmədi. İndi komandalar çox pul qazananda hamı qışqırır: “Mən komanda almaq istəyirəm!” Ancaq dünya dəyişib. Bəs Haas komandanı indi satacaq? Yox”.