F-1.az xatırladır ki, Formula E-də Renault, Jaguar və Audi kimi şirkətlər mübarizə aparırlar. Bundan başqa, Mercedes, BMW və Porsche kimi şirkətlər də artıq Formula E-də mübarizə aparmağa hazırlaşırlar.
Günter Ştayner: “Formula E son zamanlar yüksəlişdədir və bu həyəcanvericidir. Amma Formula1 avtoidmanın zirvəsindədir və inanmıram ki, qısa müddət ərzində bu dəyişsin. Hamı dəyişən texnologiyaya görə elektrik seriyalarda çıxış etmək istəyir. Biz hələ bunun üzərində işləmirik. Əgər Formula E-ni təhdid kimi görsəydik, bu seriyada çıxış edərdik. Hazırda idmanın gedişi gözəldir. Yeni idarəçilərdən sonra fanların idmana marağı artıb və hər şey daha da əyləncəli olub. Avtoidmanda çoxlu həyəcanverici seriyaların olması gözəldir. Buna görə də Formula E-nin inkişafına görə sevinirəm”.