F-1.az xatırladır ki, dördqat Dünya Çempionu növbəti mövsüm Ferrari-də yarışmayacaq və özünə yeni komanda tapa bilməyib. Bəzi iddialara əsasən almaniyalı pilot əgər Mercedes-dən təklif almasa, karyerasını bitirə bilər.
Günter Ştayner: “Onu transfer etməyə pulumuz çatmaz. Həm də o, dörrqat Dünya Çempionudur və orta qrupda yarışacağına inanmıram. Əgər uğurlu karyeranız varsa, riskə getmək mənasızdır. Onunla münasibətimiz yaxşıdır, amma heç bir təklif göndərməmişik. Məncə, cibində daha çox pul olanlar bunu etməlidir”.