F-1.az xatırladır ki, testlərin ilk 3 günündə Ferrari və Mercedes çox güclü görünürlər. Hər iki komanda testlərin hər günündə 100-dən çox dövrə vurub.
Günter Ştayner: “Mercedes gözəldir, amma Ferrari mükəmməldir. Hazırda Mercedes və Ferrari ən sürətli iki komandadır. Hazırkı nəticələrə əsasən Ferrari komandasının Mercedes-ə yaxınlaşdığını görürük. Ferrari-nin bu çıxışı bizi sevindirir və ümidləndirir. Ümid edirik ki, biz də yaxşı nəticələr alarıq”.