G.Ştayner Ferrari motorlarından narazıdır

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Ferrari motorlarının etibarsızlığı onları narahat edir.

F-1.az xatırladır ki, Ferrari bu il motorlarını gücləndirsə də, etibarsızlıq problemləri ilə çox üzləşirlər. Buna görə də “qırmızılar” çempionluq uğrunda mübarizədən qopublar. Əsas komandadan başqa Ferrari-nin müştəriləri olan Haas və Alfa Romeo da bu il motorla bağlı problemlər yaşayıblar.

Günter Ştayner: “Problemlər tam olaraq həll olunmayıb. Hazırda Maranelloda bunun üzərində işləyirlər. Yeni güc qurğusuna keçəndə hər şeyin həll olunacağını düşünürəm. Ümid edirəm ki, problemləri düzəldərlər, çünki bu il çox problem yaşamışıq. Bütün bunlar bizi geriyə saldı.

Bu il keçən ilə niabətən daha güclüyük, amma motorun etibarsızlığı bizi çox məyus edir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*