F-1.az xatırladır ki, mövsümün ilk 3 yarışında ancaq öndəki 3 komanda – Ferrari, Mercedes və Red Bull komandaları podiuma yüksələ biliblər.
Günter Ştayner: “Xüsusən də, Mercedes və Ferrari çox sürətlidirlər. Red Bull bir az geridədir, amma orta qrup komandalarından çox öndədirlər. Orta qrupdakı 4 komanda bir-birilərinə çox yaxındırlar, amma ön qrupdakı 3 komandadan çox geridədirlər. Bəs bu dəyişəcək? Ümid edirəm, amma qorxuram ki, mövsümboyu belə davam edər.
Digər komandaların nə etdiyini bilmirəm, amma bizim yaxşı planımız var. Orta qrupdakı rəqiblərimizdən çox geri qalmırıq. Barselonada önəmli yeniliklər edəcəyik. Daha sonra isə aerodinamik boru üzərində işləyəcəyik. Bundan başqa hər yarışa kiçik yeniliklər gətirəcəyik”.