F-1.az xatırladır ki, Haas komandası Formula1-də bu il debüt edib və bəzi hissələrdə Ferrari-dən dəstək alıb. Amerikalılar Ferrari-nin mühərriyindən, ötürmələr qutusundan və başqa detallarından istifadə edirlər. Haas komandası indiyə qədər 29 xal toplayıb və Mühəndislər Kubokunda 8-ci yerdədirlər.
Günter Ştayner: “Hazırkı iş modelini davam etdirə bilmək üçün Ferrari ilə uzunmüddətli müqavilə imzalamışıq. Gələn il də belə davam edib, daha sonra nə edəcəyimizə baxacayıq. Amma biz Ferrari-dən çox razıyıq. İl ərzində etdikləri ilə bizi bu səviyyəyə çatdırdılar. Əgər Renault son yarışda sürpriz etməsə, mövsümü 8-ci yerdə bitirəcəyik. Ümid edirəm gələn il də güclü olarıq”.