F-1.az xatırladır ki, Avstraliya QP-nin sıralanma turunda ön qrupdakı 3 komandadan sonra ən yaxşı nəticəni göstərərək 6-cı olan Roman Qrojan yarışda su sızıntısı probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Günter Ştayner: “Şübhələnənlər həmişə olub. Onlara hörmət edirik, amma göstərdiyimiz performansla bu şübhələrin yersiz olduğunu isbatladıq. Sıralanma turunda 6-cı olaraq düzgün işlədiyimizi göstərdik. Ümid edirəm ki, Çində də gözəl performans göstərib xallar qazana bilərik. Təbii ki, Ferrari-nin inkişafımızda rolu böyükdür. Bizə həmişə kömək edirlər və onların hesabına böyük addımlar atdıq. Keçənilki səhvlərimizdən də çox şey öyrəndik və bu təcrübə ilə artıq daha güclüyük. Ümid edirəm ki, mövsümün sonunda daha yaxşı bir yerdə olarıq”.