F-1.az xatırladır ki, keçən il Qrojan və Qutyerres cütü ilə yarışan Haas komandası meksikalı sürücünü xal qazana bilmədiyi üçün qovmuş və onun əvəzinə Kevin Maqnusseni transfer etmişdi.
Qrojan Melburnda güc qurğusu probleminə, Maqnussen isə qəza etdiyi üçün mübarizəni vaxtından əvvəl dayandırsa da, Ştayner sürücülərinə təriflər yağdırıb: “İki çox istedadlı sürücümüz var və onlarla işlədiyimiz üçün çox sevincliyik. Roman bir az emosionaldır, bunu radio danışıqlarından da hiss etmək mümkündür. Kevin isə əsl skandinavdır. Çox sakitdir və hisslərini biruzə vermir. İkisi arasında hər hansı bir problem yaşanacağına inanmıram. Bir-birilə mübarizə apararaq komandanın inkişafına kömək edirlər və bundan razıyıq. Ümid edirəm ki, Çin yarışından yaxşı nəticə alarıq”.